Bank Of Baku

«Bank of Baku» uduş kampaniyasının növbəti tirajını keçirib - FOTO

«Bank of Baku» uduş kampaniyasının növbəti tirajını keçirib -<font color=red> FOTO</font>
# 13 yanvar 2011 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Nümunəvi müştəri» adlı həvəsləndirici kampaniyasının beşinci uduş tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduşda «Bank of Baku»da uduş gününədək aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 57 955 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

«Bank of Baku»dan 1 000 manatı qazanan nümunəvi müştəri Sumqayıt şəhəri sakini, 2 saylı musiqi məktəbinin müəlliməsi Mahmudova Leyla olub.

Qeyd edək ki, əsas qalib ilə yanaşı, bank 200 manat qazanan digər 5 qalib müştərisini də müəyyən edib.

Xatırladaq ki, «Nümunəvi müştəri» kampaniyasına ötən il avqust ayının 5-dən start verilib və kampaniya bu il avqust ayının 5-dək davam edəcək. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək. «Nümunəvi müştəri» kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır. Kampaniya başlanandan bankın artıq 4 nümunəvi müştərisinin hər biri 1000 manat, 20 müştərinin hər biri isə «Bank of Baku»dan 200 manat məbləğində pul mükafatı qazanıb.

Qeyd edək ki, uduş fondunun ümumi məbləği 24 000 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR