Bank Of Baku

Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə dünyada 92-cidir

Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə dünyada 92-cidir
# 13 yanvar 2011 08:57 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 183 ölkə arasında 92-ci yerdə qərarlaşıb. «İqtisadi Azadlıq İndeksi» müxtəlif göstəricilər - ölkələrdə biznes, ticarət, vergi, valyuta, investisiya, maliyyə, əmək azadlıqları, eləcə də dövlət xərcləmələri, mülkiyyət hüquqları və korrupsiyadan azadlıq üzrə göstəricilər əsasında hesablanır. Hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 100 ballıq sistemlə 59,7 bala malikdir. Son bir ildə Azərbaycanın göstəricisi 0,9 bal artıb.

Hesabat müəlliflərinin fikrincə, son bir ildə Azərbaycanda biznes azadlıqları, dövlət xərcləmələri və əmək azadlıqları üzrə göstərici pisləşib, vergi azadlığı, valyuta azadlığı, korrupsiyadan azadlıq üzrə göstəriciləri isə yaxşılaşıb. Qeyd edək ki, hesabata əsasən, 100-80 bal iqtisadiyyatın tam azad, 79,9-70 bal - əsasən azad, 69,9-60 bal - orta azad, 59,9-50 bal - əsasən azad olmayan, 49,9-0 bal isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir.

Bu dəfəki hesabata Honqkonq (89,7 bal) başçılıq edir. Sonrakı yerlərdə isə Sinqapur (87,2 bal), Avstraliya (82,5 bal), Yeni Zelandiya (82,3 bal), İsveçrə (81,9 bal) və Kanada (80,8 bal) qərarlaşıb.

Hesabatda keçmiş SSRİ respublikaları arasında ən yaxşı göstərici Gürcüstana məxsusdur - 29-cu pillə (70,4 bal). Reytinq sıralamasında Ermənistan 36 (69,7 bal), Qazaxıstan 78 (62,1 bal), Qırğızıstan 83-cü yeri (61,1 bal) tutub. Siyahıda Azərbaycandan sonrakı yeri tutan MDB ölkələri - Moldova (120-ci yer – 55,7 bal), Tacikistan (128 – 53,5), Rusiya (143 – 50,5), Belarus (155 – 47,9), Özbəkistan (163 – 45,8), Ukrayna (164 – 45,8), Türkmənistandır (169 – 43,6).

İqtisadi azadlıq sahəsində ən pis vəziyyət isə Şimali Koreya (179-cu - 1,0 bal), Zimbabve (178-ci - 22,1 bal), Kubada (177-ci - 27,7 bal) müşahidə olunur. Daha dörd ölkə – Əfqanıstan, İraq, Lixtenşteyn və Sudan barədə məlumat açıqlanmayıb.

Ümumiyyətlə, siyahıda haqqında məlumat olan ölkələrin 6-da iqtisadiyyat tam azad, 27-də əsasən azad, 57-də orta azad, 57-də əsasən azad olmayan, 32-də iqtisadiyyat təzyiq altında olduğu göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR