Bank Of Baku

Ötən il Rusiyadan kapital axını 38 mlrd. dolları keçib

Ötən il Rusiyadan kapital axını 38 mlrd. dolları keçib
# 13 yanvar 2011 11:14 (UTC +04:00)
Bakı - APA-Economics. Ötən il Rusiyadan xalis kapital axını 38,3 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Rusiya Mərkəzi Bankı açıqlama yayıb.

Təkcə 2010-cu ilin IV rübündə ölkədən xalis kapital axınının həcmi 22,7 mlrd. dollar olub. Bu da onu göstərir ki, ötən ilin payızında Rusiyadan kapital axını qəfildən sürətlənməyə başlayıb.

Qeyd edək ki, 2008 və 2009-cu illərlə müqayisədə Rusiyadan xalis kapital axını ötən il azalmaqda davam edib. 2008-ci ildə bu göstərici 129,9 mlrd. dollar, 2009-cu ildə 56,9 mlrd. dollar olub. Rusiyaya kapital axını isə sonuncu dəfə 2007-ci ildə müşahidə olunub - 83,1 mlrd. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR