Bank Of Baku

Azərbaycan bank sistemində ROA əmsalı kəskin azalıb

Azərbaycan bank sistemində ROA əmsalı kəskin azalıb
# 13 yanvar 2011 13:55 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında «APA-Economics» tərəfindən aparılmış hesablamalar bu əmsalın 2010-cu ilin 11 aylıq nəticələri üzrə 1%-ə bərabər olduğunu göstərir.

Belə ki, ötən ilin 11 ayında bankların vergi ödənilənədək məcmu mənfəəti 122,87 mln. manat, dekabrın 1-nə məcmu aktivlərin həcmi isə 12,697 mlrd. manat təşkil edib.

Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə, bankların vergi ödənilənədək mənfəətinin həcmi 281,09 mln. manat, məcmu aktivləri isə 11,665 mlrd. manat olub. Beləliklə, 2009-cu ilin nəticələrinə görə, Azərbaycan bank sistemi üzrə ROA əmsalı 2,4%-ə bərabər olub. Göründüyü kimi, 2010-cu il ərzində bu əmsalın kəskin azalması baş verib.

Bunun əsas səbəbi kimi 2010-cu ildə bank fəaliyyətində gəlirliyin və mənfəətliliyin kəskin azalmasını qeyd etmək olar. Belə ki, 2010-cu ilin 11 ayında bankların faiz mənfəəti illik müqayisədə 12,8% azalıb, qeyri-faiz zərəri isə 11,8% artıb. O cümlədən, faiz gəlirləri cəmi 1,4% artdığı halda, faiz xərcləri 19,2% artıb. Qeyri-faiz əməliyyatlarında isə gəlir və xərclər üzrə artım templəri müvafiq olaraq 9,5% və 10,4% olub. Bunun isə öz növbəsində əsas səbəbi bankların kreditləşmədə, xüsusən də istehlak kreditləşməsində fəallığının kəskin aşağı düşməsi ilə bvğlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR