Bank Of Baku

ABŞ-da borcunu qaytara bilməyənlərin əlindən 1 mln.-dan çox ev alınıb

ABŞ-da borcunu qaytara bilməyənlərin əlindən 1 mln.-dan çox ev alınıb
# 14 yanvar 2011 08:12 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2010-cu ildə ABŞ-da banka borcunu qaytara bilmədiyinə görə vətəndaşların əlindən 1 mln.-dan artıq ev alınıb.

APA-Economics”in “RealtyTrac” rieltor şirkətinə istinadən xəbərinə görə, təkcə dekabr ayında kredit şərtlərini yerinə yetirə bilmədikləri üçün ölkə vətəndaşları bankdan kreditlə götürdükləri 69 847 evi banka qaytarmalı olublar.

Ümumilikdə ötən il belə evlərin sayı 1 mln. 50 mindən artıq, 2009-cu ildə 918 min olub. Müqayisə üçün bildirək ki, 5 il əvvəl - ABŞ-da ipoteka böhranın yenicə başladığı 2005-ci il ərzində kreditə görə müştərilərdən alınan evlərin sayı 100 mindən az idi. Başqa sözlə, son 5 ildə bu rəqəm 10 dəfə artıb. Ümumilikdə isə ötən il ABŞ-da krediti qaytara bilmədiyinə görə banklar tərəfindən əmlakın müştərilərindən geri alınması ilə bağlı 2,9 mln. müraciət edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR