Bank Of Baku

«Texnikabank» ötən il depozit portfelini 40% genişləndirib

«Texnikabank» ötən il depozit portfelini 40% genişləndirib
# 14 yanvar 2011 08:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 506,014 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 8,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 40% genişlənərək 255,747 mln. manat, kredit portfeli 3,5% artaraq 364,335 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 32% azalaraq 27,265 mln. manat olub.

Bununla yanaşı, bankın məcmu kapitalı 7,2% artaraq 64,262 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri və xərcləri 2,6% azalaraq müvafiq olaraq 63,835 mln. manat və 51,447 mln. manat olub. Nəticədə, son bir ildə bankın əldə etdiyi mənfəətin həcmi 12,388 mln. manat təşkil edib.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı, 60 bankomatı, 115 POS-terminalı və 626 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR