Bank Of Baku

Ötən il dünyada baş verən təbii fəlakətlərin vurduğu zərərin miqdarı açıqlanıb

Ötən il dünyada baş verən təbii fəlakətlərin vurduğu zərərin miqdarı açıqlanıb
# 14 yanvar 2011 10:05 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2010-cu ildə bütün dünyada baş verən 950 iri təbii fəlakət nəticəsində dünya iqtisadiyyatına 130 mlrd. dollar və ya dünya ÜDM-nin 5%-i qədər ziyan dəyib, 250 min nəfər həlak olub.

APA-Economics”in məlumatına görə, bu barədə dünyanın ən böyük təkrar sığorta şirkəti olan “Munich Re” məlumat yayıb.

Şirkətin hesabatında deyilir ki, 2010-cu il baş verən təbii fəlakətlərin sayına görə son 30 ildə (1980-ci ildən indiyədək) ən fəlakətli il olub. Ötən il baş verən təbii fəlakətlərin sayı son 10 ildəki orta sayı (785) xeyli üstələyib.

Ötən il ən çox təbii fəlakət hava anomaliyaları ilə bağlı olub. Dünyanın ayrı-ayrı regionlarında və ümumilikdə qeydə alınan rekord temperatur isə iqlim dəyişikliklərini təsdiqləyir. Keçən ilki fəlakətlərdən dəyən zərərin və insan qurbanlarının yarısı 5 ən böyük təbii fəlakətin payına düşür. Bunlar Haiti (12 yanvar), Çili (27 fevral) və Çində (13 aprel) baş verən zəlzələlər, Rusiyada iyuldan sentyabradək davam edən quraqlıq və istilər, eləcə də həmin dövrdə Pakistanda baş verən daşqınlardır.

“Dəhşətli zəlzələlər və qasırğalar mövsümü bir daha təsdiqlədi ki, biz təbiət risklərini qiymətləndirməkdə və onları adekvat qiymətlə sığortalamaqda davam etməliyik” - deyə hesabatda bildirilir.

Analitiklər bildirir ki, ötən il təbii fəlakətlərdən dəyən 130 mlrd. dollar zərərin cəmi 37 mlrd. dolları sığortalanmış olub. Nəticədə ziyanın böyük olmasına baxmayaraq, sığorta ödəmələri orta illik göstəricini yalnız cüzi üstələyib.

“S&P” agentliyində bildirirlər ki, əgər Rusiyada sığortalanma səviyyəsi ABŞ-dakı kimi olsaydı, zərərçəkənlər bu hadisələrə görə 8 mlrd. rubla (262,3 mln. dollara) yaxın ödəniş ala bilərdilər. Halbuki bu ödənişlərin həcmi 2 mlrd. rubla da (65,6 mln. dollar) da çatmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR