Bank Of Baku

İTM: Ötən il Azərbaycanda inflyasiya 11,45% olub

İTM: Ötən il Azərbaycanda inflyasiya 11,45% olub
# 14 yanvar 2011 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi Layihəsi» çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin dekabr ayı ərzində apardığı qiymətlərin müşahidəsinin statistik nəticələrini açıqlayıb.

İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlunun sözlərinə görə, müşahidələrin nəticəsi göstərib ki, dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2,09% artıb. Bakıda qiymətlər 2,83%, regionlarda isə 1,36% artıb. Ötən ilin 12 ayında isə ölkədə 11,45% inflyasiya qeydə alınıb.

Ötən ilin dekabr ayında ən çox bahalaşma ərzaq məhsulları üzrə istilik xiyarı (87,38%), istilik pomidoru (35,51%), ərik qurusu (31,68%), yerkökü (23,33%) və lumuda (12,08%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından qarabaşaq yarması (16,50%), buğda unu (6,27%), qeyri-ərzaq məhsullarında isə laminat paketdə (9,09%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR