Bank Of Baku

İTM: Bu il Azərbaycanda inflyasiya 11,2% olacaq

İTM: Bu il Azərbaycanda inflyasiya 11,2% olacaq
# 14 yanvar 2011 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2011-ci il üçün Azərbaycanda gözlənilən illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb. «APA-Economics»in məlumatına görə, İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, bu il üçün Mərkəz tərəfindən inflyasiya 11,2% səviyyəsində proqnozlaşdırılır. «Bu ilin yanvar-mart aylarında inflyasiya səviyyəsi artacaq, ilin birinci yarısında isə, yəni yay aylarında deflyasiyanın olacağı gözlənilir», - deyə Q.İbadoğlu bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2011-ci ildə inflyasiyanın 5-7% olacağını proqnozlaşdırır, 2010-cu ildə isə 3-5% olacağını bildirirdi. Artıq yaxın günlərdə Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu ilin makroiqtisadi göstəricilərinin açıqlanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR