Bank Of Baku

«Atəşgah Həyat Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Atəşgah Həyat Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 14 yanvar 2011 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Atəşgah Həyat Sığorta» şirkətinin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3 300 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 3,3 mln. manat təşkil edir. Səhmlər «Atəşgah Həyat Sığorta» şirkətinin bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 2 300 manat olan 1 000 ədəd və 2,3 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinə konvertasiya olunacaq. Bunun nəticəsində şirkətin nizamnamə kapitalı 43,5% artacaq.

Qeyd edək ki, «Atəşgah Həyat» Sığorta Şirkəti 2009-cu ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqları 1,04 mln. manat, ödənişləri isə 0,02 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR