Bank Of Baku

«Fitch» Yunanıstanın reytinqini azaldıb

«Fitch» Yunanıstanın reytinqini azaldıb
# 15 yanvar 2011 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Fitch Credit Ratings» beynəlxalq reytinq agentliyi Yunanıstanın müstəqil reytinqini «BBB–»dən «BB+»dək azaldıb, proqnoz isə «neqativ» olub.

«APA-Economics»in məlumatına görə, «Fitch» agentliyinin ekspertlərinin fikrincə, Yunanıstan özü yaranmış dərin borc böhranının öhdəsindən gələ bilməyəcək. Halbuki həmin borc problemi bütün avrozonaya da təsir göstərir. Yunanıstan iqtisadiyyatı bərpa amillərini nümayiş etdirməsə, mütəxəssislər gələcəkdə də bu ölkənin reytinqinin aşağı salınacağını istisna etmirlər.

Qeyd edək ki, 2010-cu ildə Yunanıstan dövlət borcunu ödəyə bilmədiyinə görə böhranla üzləşib. Avrozona ölkələri və Beynəlxalq Valyuta Fondu Yunanıstana 110 mlrd. avro həcmində maliyyə yardımı göstərib. Bunun əvəzində Yunanıstan dövlət büdcəsinin xərclərinin azaldılması proqramının icrası ilə bağlı öhdəliklər götürüb. Proqrama pensiyaların dondurulması, əmək haqlarının azaldılması, təqaüd yaşının artırılması, dövlət qulluqçularının ixtisarı və bu kimi s. tədbirlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR