Bank Of Baku

Azərbaycandakı kredit ittifaqları üçün təlim keçiriləcək

Azərbaycandakı kredit ittifaqları üçün təlim keçiriləcək
# 15 yanvar 2011 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) təşkilatçılığı ilə yanvar ayının sonunda kredit ittifaqlarının sədrləri, Müşahidə Şurasının üzvləri, kredit komissiyasının sədrləri üçün təlimlər keçiriləcək.

AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, «Kənd təsərrüfatının kreditləşməsi və inkişafı» layihəsi çərçivəsində keçirilən təlimlər qruplar üzrə 3 gün davam edəcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 70-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR