Bank Of Baku

Azərbaycan gömrükçüləri ötən il sərhəddən qanunsuz keçirilməsinə cəhd göstərilən 2 mln. dollarlıq valyuta aşkarlayıb

Azərbaycan gömrükçüləri ötən il sərhəddən qanunsuz keçirilməsinə cəhd göstərilən 2 mln. dollarlıq valyuta aşkarlayıb
# 15 yanvar 2011 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın gömrük sərhədindən ümumilikdə ABŞ valyutası ekvivalentində 1,9 mln. dollardan artıq valyuta kütləsinin qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) «APA-Economics»ə verilən məlumata görə, «Valyuta tənzimi haqqında» qanuna və digər qanunvericilik aktlarına əsasən, valyuta nəzarəti orqanı olan gömrük orqanları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvətlərinin Azərbaycanın gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirərkən valyuta qanunvericiliyinin tələblərini pozan şəxslərdən 1 556 192 dollar, 210 100 avro, 16 611 717 rubl, 7 470 manat, külçə və zinət əşyaları şəklində 2,805 kq qızıl, 14,275 kq gümüş və 2 633 karat brilyant daşlar tutulub.

Hesabat ilində həmçinin, aksiz markasız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 1,592 mln. ədəddən artıq xaricdə istehsal olunan siqaret, 7 963 ədəd spirtli içki saxlanılıb.

Bundan başqa, gömrük orqanları tərəfindən hüquqpozma predmeti kimi 1 ədəd «Makarov» tipli tapança və onun patronları, 2 483 ədəd mobil telefon, 2 824 ədəd pirotexniki vasitələr və külli miqdarda digər mallar tutularaq barələrində müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR