Bank Of Baku

«AXA MBASK» sığorta şirkəti ilk sığorta agentliyini açıb

«AXA MBASK» sığorta şirkəti ilk sığorta agentliyini açıb
# 17 yanvar 2011 09:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti pərakəndə satışın sığorta agentlikləri şəbəkəsi vasitəsi ilə inkişaf etdirilməsi planına uyğun olaraq, Bakı şəhəri, İçəri şəhər, A.Zeynallı küçəsi,11 ünvanında yerləşən «Xəzər» agentliyi ilə özünün tərəf-müqabillik haqqında ilk sazişini imzalayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Xəzər» agentliyi «AXA MBASK»ın tam dəstəyi ilə açılmış ilk agentlikdir. Agentliyin fəaliyyəti fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə sığorta olunmanın bütün növləri üzrə işə istiqamət verməkdən ibarət olacaq.

Xatırladaq ki, ötən ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxs - Eldar Qəribova məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildə «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR