Bank Of Baku

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlir və xərclər üzrə proqnozları kəsirlə icra olunub

Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlir və xərclər üzrə proqnozları kəsirlə icra olunub
# 17 yanvar 2011 10:38 (UTC +04:00)
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nəticədə ötən il dövlət büdcəsində 363,5 mln. manatlıq kəsir yaranıb, halbuki 2009-cu ildə dövlət büdcəsində 1 026,9 mln. manatlıq profisit qeydə alınmışdır. Ümumiyyətlə, hesabat ilində 2009-cu illə müqayisədə dövlət büdcəsinin gəlirləri 10,4%, xərcləri isə 12% artıb.

Ötən il üçün dövlət büdcəsinin gəlirləri 11 505,0 mln. manat, xərcləri isə 12 275,3 mln. manat həcmində proqnozlaşdırılırdı. Göründüyü kimi, proqnozun icrası gəlirlər üzrə 0,9%, xərclər üzrə isə 4,1% kəsirlə icra olunub.

Qeyd edək ki, 2010-cu ildə dövlət büdcəsi gəlirlərinin 4 292,8 mln. manatı (və ya proqnozdan 4% az) Vergilər Nazirliyi, 1 101,7 mln. manatı (+0,2%) Dövlət Gömrük Komitəsi (DGK), 5,4 mln. manatı (+8%) Əmlak Məsələləri Dövlət Komitəsi, 5 915,0 mln. manatı (proqnoza tam uyğun) Dövlət Neft Fondu (ARDNF) tərəfindən, 87,6 mln. manatı isə (5,8 dəfə çox) sair gəlirlər hesabına daxil olub. Eyni zamanda, ötən il ərzində Vergilər Nazirliyi tərəfindən büdcə daxilolmaları 2009-cu ilə nisbətən 4,4%, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 8%, ARDNF üzrə 20,3% artıb, DGK tərəfindən 1%, sair gəlirlər isə 51,3% azalıb.

Xərclərə gəldikdə isə, 2010-cu ildə dövlət büdcəsindən 794,3 mln. manat (proqnozdan 17,9% az) ümumi dövlət xidmətlərinə, 1 185,2 mln. manatı (-1,7%) müdafiə, 668,5 mln. manatı (-6,2%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 1 181,4 mln. manatı (-4,8%) təhsil, 429,4 mln. manatı (-11,6%) səhiyyə, 1 123,0 mln. manatı (-1,7%) sosial müdafiə və sosial təminat, 168,4 mln. manatı (-2,4%) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 199,9 mln. manatı (-0,6%) mənzil və kommunal təsərrüfatı, 372,1 mln. manatı (-2,5%) kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi, 4 147,0 mln. manatı (-0,6%) sənaye, tikinti və faydalı qazıntılar, 55,1 mln. manatı (-26,1%) nəqliyyat və rabitə sahələrinə, 115,9 mln. manatı (-7,3%) iqtisadi fəaliyyət, 1 325,8 mln. manatı isə (-4,9%) əsas bölmələrə aid edilməyən xidmətlərə sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR