Bank Of Baku

AYİB-in Türkiyəyə investisiya qoyuluşu üç dəfədən çox artıb

AYİB-in Türkiyəyə investisiya qoyuluşu üç dəfədən çox artıb
# 17 yanvar 2011 13:08 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən il rekord həcmdə - 9 mlrd. avro investisiya qoyuluşu həyata keçirib. “APA-Economics”in xəbərinə görə, bu barədə bankın mətbuat xidməti açıqlama yayıb.

Bununla da 2010-cu ildə AYİB-in sərmayələrinin həcmində 1,1 mlrd. avro artım qeydə alınıb. Hesabat dövründə bankın Mərkəzi Avropa, Baltikyanı ölkələrə və Rusiyaya investisiyaları azalıb. Rusiyaya sərmayələr ötən il 0,1 mlrd. avro azalaraq 2,3 mlrd. avroya enib. Əvəzində AYİB-in Türkiyəyə investisiyaları nəzərəçarpacaq dərəcədə artıb. 2009-cu ildə bank Türkiyəyə 150 mln. avro, 2010-cu ildə isə 500 mln. avro sərmayə qoyub.

Ötən il AYİB-in xalis mənfəəti 1 mlrd. avro (2009-cu ildəki 746 mln. avro zərərə qarşı) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR