Bank Of Baku

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə ötən il 21% artıb

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə ötən il 21% artıb
# 17 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 mlrd. manat və ya əvvəlki ildəkindən müqayisəli qiymətlərlə 21,2% çox vəsait yönəldilib və onun 6,4 mlrd. manatı tikinti-quraşdırma işlərində istifadə edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitin ¾ hissəsi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 48,6%-i məhsul istehsalı, 51,4%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.

Hesabat ilində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bir sıra yeni obyektlər işə salınıb, yeni iş yerləri açılıb. Belə ki, Oğuz-Qəbələ-Bakı su kəməri, Naxçıvan şəhərində Avtomobil Zavodu, supaylayıcı qurğu, «Gəmiqaya» Daş Məhsulları Sənaye Kompleksi və Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzi, Ordubad Beton Zavodu, Ordubad Biləv Su Elektrik Statnsiyası, 87 km-lik Naxçıvan-Sədərək avtomobil yolu, Lənkəran rayonunda konserv zavodu, çay və dondurma fabrikləri, Zaqatala rayonunda süd və tütün emalı zavodları, Abşeron rayonunda duz zavodu, Cəlilabad rayonunda Göytəpə Su Anbarı, şərab istehsalı sexi, Müalicə-Diaqnostika Mərkəzi və Şahmat Məktəbi, Biləsuvar rayonunda konserv zavodu və Regional Ana və Uşaq Mərkəzi, Ağstafa rayonunda mineral su istehsalı sexi, Salyan rayonunda Soyuducu Anbar Kompleksi, Qəbələ rayonunda «Gilan» piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, avtovağzal binası, «Qafqaz Resort» və «Qafqaz Riverside» mehmanxanaları və «Fitnes» Sağlamlıq Mərkəzi, Gəncə şəhərində «Ramada Plaza» mehmanxanası, Bakı şəhərində qranit-mərmər zavodu, Səngəçalda taxıl elevatoru, «Dalğa Plaza» iş, «Park Bulvar» ticarət, istirahət və sərgi mərkəzləri, Müşfiqabadda İdman Mərkəzi, Balakən rayonunda «Qubek» mehmanxanası, Balakən, Ağdaş, Göyçay rayonlarında olimpiya idman kompleksləri, Füzuli rayonunda Horadiz olimpiya idman kompleksi, tibb mərkəzi və muğam evi, Mingəçevir şəhərində Kür Olimpiya Tədris-İdman Mərkəzi və Şahmat Məktəbi, ölkənin müxtəlif bölgələrində ümumi sahəsi 1,8 mln. kv. metr olan yeni yaşayış evləri, 17 273 şagird yerlik ümumtəhsil məktəbi, 886 çarpayılıq xəstəxana, növbədə 685 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1 270 yerlik məktəbəqədər uşaq müəssisəsi, 1 055 yerlik klub və digər obyektlər istifadəyə verilib.

Əsas kapitala yönəldilmiş sərmayənin 50,8%-ni müəssisə və təşkilatların vəsaitləri, 32,8%-ni büdcə vəsaiti, 4,2%-ni əhalinin xüsusi vəsaiti və 12,2%-ni digər vəsaitlər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR