Bank Of Baku

«Kredobank» nizamnamə kapitalını artırır

«Kredobank» nizamnamə kapitalını artırır
# 18 yanvar 2011 06:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Kredobank» ASC-nin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 10 min manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter rlunda «Chelsea Capital» MMC çıxış edir. Birja mütəxəssislərinin fikrincə, «Kredobank» ASC-nin artıq yanvar ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 32,2% artaraq 20,540 mln. manata çatacaq.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «Kredobank» ASC 1994-cü ildə yaradılıb. Hazırda bankın nizamnamə kapitalı 15,540 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR