Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0742 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0001, AMFBI indeksi 1,0742 təşkil edib
# 18 yanvar 2011 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0159 bənd və ya 1,6% artaraq yanvar ayının 18-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0001 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0741 bənd və ya 7,4% artaraq 1,0742-ə bərabər olub.

AMFBI indeksinin artması yanvarın 17-də ipoteka istiqrazlarının yeni, üçüncü buraxılışının 10 mln. manat həcmində olan ilk tranşının yerləşdirilməsi nəticəsində bazar kapitallaşmasının yüksəlməsi səbəbindən baş verib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR