Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 80% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 80% artıb
# 18 yanvar 2011 07:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 145 ölkə ilə 25,1 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici ticarət dövriyyəsinin 19,4 mlrd. dollarını və ya 77,3%-ni Azərbaycandan ixrac olunmuş mallar, 5,7 mlrd. dollarını (22,7%-ni) isə Azərbaycana idxal edilmiş məhsullar təşkil edib. Nəticədə, 2009-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 34,9%, o cümlədən ixrac 47,4%, idxal 4,8% artıb.

Hesabat dövründə ixracın idxalı 3,4 dəfə üstələməsi nəticəsində 13,7 mlrd. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb. Bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 78% çoxdur.

Qeyd edək ki, 2010-cu ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarının ¾ hissəsi İtaliya, Fransa, İsrail, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, Xorvatiya, İndoneziya, Malayziya və Almaniya ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR