Bank Of Baku

«AXA MBASK» sığorta şirkəti ötən il daxilolmalarını 11% artırıb

«AXA MBASK» sığorta şirkəti ötən il daxilolmalarını 11% artırıb
# 18 yanvar 2011 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqlarının həcmi 8,389 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 11% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (5,219 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (933,853 min manat), «Tibbi sığorta» (710,589 min manat) və «Fərdi qəza və xəstəliklər sığortası» (510,918 min manat) növləri üzrə toplanılıb. Bu növlərin ümumi daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 62,2%, 11,1%, 8,5% və 6,1% təşkil edib.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə 8,287 mln. manat, icbari sığorta növləri üzrə 101,614 min manat həcmində sığorta haqqı toplanılıb.

Ödənişlərə gəldikdə isə, 2010-cu ildə şirkətin sığorta riskləri üzrə ödənişlərinin ümumi həcmi 43,3% azalaraq 3,535 mln. manata çatıb. Ödənişlərdə isə 2,367 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası», 912,4 min manat «Tibbi sığorta» və 115,4 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növləri üzrə ödənilib.

Hesabat ilində könüllü sığorta növləri üzrə 3,471 mln. manat, icbari sığorta növləri üzrə isə 63,691 min manat həcmində vəsait ödənilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə yerli fiziki şəxs - Eldar Qəribova məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR