Bank Of Baku

«DəmirBank» xaricdən yeni kredit cəlb edib

«DəmirBank» xaricdən yeni kredit cəlb edib
# 18 yanvar 2011 10:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC ABŞ-ın DWM Fondunun vasitəçiliyi ilə «DWM Income Funds» maliyyə təşkilatı ilə 2,5 mln. ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 3 il müddətinə imzalanan kredit müqaviləsi Azərbaycanda sahibkarlığın müxtəlif sahələrinə mikro və kiçik həcmli kreditlərin verilməsini nəzərdə tutur. Bununla da, «DəmirBank» və DWM Fondu arasında bağlanmış müqavilələr üzrə cəlb edilmiş vəsaitin ümumi həcmi 7,5 mln. dollara çatıb.

Qeyd edək ki, «DəmirBank» hazırda müxtəlif kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir.

«DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR