Bank Of Baku

Azərbaycanda illik inflyasiya 5,7%-ə çatıb

Azərbaycanda illik inflyasiya 5,7%-ə çatıb
# 18 yanvar 2011 12:34 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dekabr ayında ərzaq məhsulları noyabr ayına nisbətən 2%, qeyri-ərzaq məhsulları 0,9%, xidmət tarifləri isə 0,2% bahalaşıb.

Ötən il ərzində 2009-cu illə müqayisədə ərzaq məhsulları 7,2%, qeyri-ərzaq məhsulları 2,3%, xidmət tarifləri isə 4,3% artıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2010-cu il üçün Azərbaycanda inflyasiyanın 5,5%, Asiya İnkişaf Bankı isə 5% olacağını proqnozlaşdırırdı. Bu il üçün isə sözügedən beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın müvafiq olaraq 6% və 4% olacağını proqnozlaşdırır. Azərbaycanhökumətinin proqnozlarına görə isə, bu il inflyasiyanın 5% olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR