Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi yenidən enib

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi yenidən enib
# 18 yanvar 2011 14:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu il üzrə 1,39 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, yanvar-noyabr ayları üzrə göstəricidən 0,01 bənd və ya 0,7% azdır:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır.

Göründüyü kimi, son 7 ay ərzində indeks eyni səviyyədə qalıb və 1,39-1,40 bənd diapazonunda dəyişib, bu da həmin müddətdə əhalinin gəlirləri və xərclərinin aylıq artım templərinin eyni olduğunu göstərir.

Qeyd edək ki, ötən il Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 13 679,5 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 4 724,5 mln. manat, əhalinin gəlirləri isə 25 605,6 mln. manat təşkil edib. Beləliklə, gəlirlərin əsas xərcləri üstələmə həcmi 2010-cu ildə 7,202 mlrd. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR