Bank Of Baku

“Apple” şirkətinin xalis mənfəəti 6 mlrd. dollar təşkil edib

“Apple” şirkətinin xalis mənfəəti 6 mlrd. dollar təşkil edib
# 19 yanvar 2011 08:36 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Apple” şirkətinin xalis mənfəəti 2010-2011-ci maliyyə ilinin dekabrın 26-da başa çatan I rübündə 6 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı hesabatda bildirilir ki, bir il əvvəl - 2009-2010-cu maliyyə ilinin analoji dövründə bu göstərici 3,38 mlrd. dollar olub.

Hesabat dövründə bir səhmə ödənilən divident 6,43 (bir il əvvəl 3,67) dollar təşkil edib. “Apple”nin gəliri 71% artaraq 26,74 (bir il əvvəl 15,68) mlrd. dollar olub.

Qeyd edək ki, “Apple” şirkəti proqram təminatı, personal kompüter, audiopleyer və telefon istehsalı ilə məşğuldur. Mərkəzi qərargahı ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşən şirkətdə 35 min nəfər çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR