«Atrabank» son bir ildə depozit portfelini 51% artırıb

«Atrabank» son bir ildə depozit portfelini 51% artırıb
# 19 yanvar 2011 09:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 39,668 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 6,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 50,8% genişlənərək 9,437 mln. manata, o cümlədən əhalinin əmanətləri 7,1% azalaraq 550,07 min manata, həmçinin kredit portfeli 10,7% artaraq 28,319 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 49% artaraq 8,217 mln. manata, bankın öz proqramı vasitəsi ilə verdiyi ipoteka kreditlərinin həcmi isə 18,58% azalaraq 3,040 mln. manata çatıb.

Ötən il ərzində bankın məcmu kapitalı 0,4% artaraq 10,954 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində bankın ümumi gəlirləri 6,7 dəfə artaraq 3,367 mln. manat, xərcləri isə 6,9 dəfə artaraq 3,363 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 6,3 dəfə azalaraq 3,56 min manat olub.

Bundan başqa, bu dövrdə bankın müştərilərinin sayı 0,4% azalaraq 6 646, o cümlədən fiziki şəxslərin sayı 0,4% azalaraq 5 570, hüquqi şəxslərin sayı isə 0,7% artaraq 1 076 olub. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 33% artaraq 938-ə, o cümlədən debet kartlarının sayı 41,5% artaraq 815-ə, kredit kartları isə 5,4% azalaraq 123-ə çatıb. Eyni zamanda, bankın işçilərinin sayı 6,1% artaraq 192 nəfər, orta aylıq əmək haqqı isə 0,9% artaraq 426 manat olub.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 37 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR