Bank Of Baku

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 68% artıb

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 68% artıb
# 19 yanvar 2011 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayının 1-i vəziyyətinə Azərbaycanın bank-kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə verilmiş kreditlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,7% və ya 1 mlrd. manat artaraq 9,1 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 43%-i dövlət, 54,9%-i özəl banklar, 2,1%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 6 545,8 mln. manatını uzunmüddətli kreditlər, 2 545,9 mln. manatını qısamüddətli kreditlər, 458,1 mln. manatın isə ödənilmə vaxtı keçmiş kreditlər təşkil edib. Nəticədə, 2009-cu ilin eyni dövrünə nisbətən uzunmüddətli kreditlərin həcmi 13,5%, qısamüddətli kreditlərin həcmi 10,8%, ödənilmə vaxtı keçmiş kreditlərin həcmi isə 67,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR