Bank Of Baku

Dünya Bankının Azərbaycana investisiyaları ötən il 15% azalıb

Dünya Bankının Azərbaycana investisiyaları ötən il 15% azalıb
# 19 yanvar 2011 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 79 949,8 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində DB tərəfindən yatırılan investisiyanın həcmi 2009-cu ilə nisbətən 14,8% azalıb. Hesabat ilində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 3,3% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Hazırda DB Azərbaycanda icra olunan «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi», «Dəmir yolu və ticarətin dəstəklənməsi», «Korporativ və dövlət sektorlarında mühasibatlıq», «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması», «Azərbaycan maliyyə sisteminin modernləşməsi», «Milli su təchizatı və kanalizasiya xidmətləri» və bir sıra digər layihələri maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR