Bank Of Baku

«Bank of Baku»dakı əmanətlərin sayı 10 min həddini keçib

«Bank of Baku»dakı əmanətlərin sayı 10 min həddini keçib
# 19 yanvar 2011 10:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin 10 000-ci əmanəti rəsmiləşdirilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, 10 000-ci əmanətçi «Bank of Baku» tərəfindən bir sıra üstünlüklər əldə edib ki, bunların arasında bir il müddətinə yerləşdirdiyi əmanət üzrə faiz dərəcəsi illik 100% səviyyəsində tətbiq edilir, bir il müddətinə «Master Card Gold» plastik kartı (sığorta məbləği tətbiq edilmədən və xidmət haqqı ödənilmədən), 6 ay müddətinə «SMS Bankinq» və bir il müddətinə «İnternet Bankinq» xidmətlərinə pulsuz qoşulmaq imkanı var.

Qeyd edək ki, müştərilərə təqdim olunan məhsul xətti və xidmət səviyyəsinin inkişaf etdirilməsi istiqamətində «Bank of Baku» hazırda «Hər saniyə əmanətinizi gəlirə çeviririk!» şüarı altında bütün təbəqələri əhatə edən müştərilərə sərfəli, çevik və müxtəlif şərtləri və üstünlükləri özündə birləşdirən iki əmanət məhsulu təklif edir - «Çevik» və «Dinamik» əmanətləri. Bu depozitlərin bir sıra üstünlükləri var: çıxarılan əmanətə yüksək gəlir faizlərini almaq, əmanəti artırmaq və ya azaltmaq, məbləğindən asılı olaraq pulsuz «Visa Deposit» və ya «Visa Gold» kartını almaq, əmanət məbləğinin 80%-i həcmində kredit almaq imkanı və s.

Cari ilin yanvarın 1-nə «Bank of Baku»nun depozit portfeli 35% artaraq 187,990 mln. manat təşkil edib, o cümlədən, əhalinin müddətli depozitləri 84% artaraq 127,782 mln. manata çatıb.

Xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən «Bank of Baku» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 228,930 mln. manat, kredit portfeli 167,572 mln. manat, məcmu kapitalı 37,482 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,852 mln. manat təşkil edib. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR