Bank Of Baku

«Turanbank» ötən il aktivlərini 20% artırıb

«Turanbank» ötən il aktivlərini 20% artırıb
# 19 yanvar 2011 12:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 131,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,6% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 33,4% artaraq 104 mln. manata, depozit portfeli 22,5% genişlənərək 44,2 mln. manata çatıb. Hesabat dövründə bankın məcmu kapitalı 15,2% artaraq 23,6 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,6% artaraq 20 mln. manat olub.

Qeyd edək ki, il ərzində bankın ümumi gəlirləri 15,5 mln. manat təşkil edib, bu isə 2009-cu ilin analoji dövrü ilə müqayisədə 28,7% çoxdur. Bankın mənfəəti isə 28% artaraq 2,9 mln. manat olub. Ötən ilin yekunlarına görə, bankın aktivlərinin mənfəətliliyi əmsalı (ROA) 2,4, kapitalın mənfəətliliyi əmsalı (ROE) isə 16 təşkil edib.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR