Bank Of Baku

“Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsinin icrasına bu ilin ortalarında başlanacaq

“Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsinin icrasına bu ilin ortalarında başlanacaq
# 20 yanvar 2011 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin ortalarında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Dünya Bankı (DB) “Azərbaycanın qiymətli kağızlar bazarının inkişafı” layihəsinin icrasına başlayacaq. “APA-Economics”in məlumatına görə, bu barədə QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu il ərzində QKDK Dünya Bankı ilə birlikdə sözügedən layihəyə start verəcək: “Artıq Dünya Bankının müvafiq qurumları ilə danışıqlar başa çatıb. Yaxın dörd ay ərzində Dünya Bankının daxili proseduralar tamamlanacaq və layihəyə ilin ortalarında start veriləcək”.

Rüfət Aslanlı onu da qeyd edib ki, layihə çərçivəsində əsasən qiymətli kağızlar bazarı haqqında qanunvericiliyin növbəti təkmilləşdirmə mərhələsi, bazar infrastrukturunun təkmilləşdirilməsi, ticarət proseslərin vahid elektron platformada avtomatlaşdırımalsının tamamlanması, bazarda tələb və təklifin stimullaşdırılması kimi amillərə diqqət yetiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR