Bank Of Baku

Elman Rüstəmov: “Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin həddindən artıq möhkəmlənməsinin qarşısını almağa çalışır”

Elman Rüstəmov: “Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsinin həddindən artıq möhkəmlənməsinin qarşısını almağa çalışır”
# 20 yanvar 2011 08:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycana valyuta axını, ölkədə dollar kütləsinin artması manatın məzənnəsinin müəyyən yüksəlməsinə şərait yaradıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Bu prosesin AMB-nin nəzarəti altında baş verdiyini söyləyən E. Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsinin həddindən artıq möhkəmlənməsinin qarşısını ötən il olduğu kimi almağa çalışır: «Bu, bizim qeyri-neft ixracatımıza müəyyən dərəcədə maneə törədə bilər. Amma inflyasiyanın həddə saxlanılması baxımından bu müsbətdir. Valyutanın bahalaşması idxalın ucuzlaşması deməkdir. Ona görə də AMB-nin qarşısında duran başlıca vəzifə ixracatçıları müdafiə etməklə inflyasiyanı birrəqəmli səviyyədə saxlanılması kimi dilemanı həll etməkdir”.

AMB sədri bank sektorunda vəziyyətin sabit olduğunu və keçən il müəyyən inkişaf prosesinin baş verdiyini deyib: «Hesab edirəm ki, banklar böhran dövründə olan problemlərini artıq bilirlər. Əhəmiyyətli ehtiyatlar yaradıblar. Bunu daha da inkişaf etdirmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR