Bank Of Baku

Ötən il Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ölkədə fəaliyyət göstərən 300 səhmdar cəmiyyəti barədə şikayətlər daxil olub

Ötən il Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ölkədə fəaliyyət göstərən 300 səhmdar cəmiyyəti barədə şikayətlər daxil olub
# 20 yanvar 2011 08:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Ötən il ərzində Azərbaycan Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinə (QKDK) səhmdarların hüquqlarının pozulması ilə bağlı 300-dək müraciət daxil olub. «APA-Economics»in məlumatına görə, bu barədə QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 1 700-ə yaxın səhmdar cəmiyyəti fəaliyyət göstərir: «Ötən il Komitəyə səhmdar cəmiyyətlərinin fəaliyyəti ilə əlaqədar 300-dək müraciət olub, QKDK tərəfindən müvafiq araşdırmalar aparılıb, Mülki və İnzibati Xətalar Məcəllələrin tələblərinə müvafiq olaraq pozuntulara yol vermiş səhmdar cəmiyyətlərə qarşı cərimə sanksiyaları tətbiq edilib, xəbərdarlıq olunub və digər müvafiq təsir tədbirləri görülüb. Buna baxmayaraq, bizim əsas məqsədimiz hər hansısa bir cəza tətbiqi deyil, pozulmuş hüquqların təmin olunmasıdır”.

R. Aslanlı həmçinin bildirib ki, Komitəyə daxil olan müraciətlərin əksəriyyəti səhmdar cəmiyyətlər tərəfindən məlumat və hesabatlığın müvafiq qaydada təqdim edilməməsi və dividentlərin düzgün bölüşdürüb ödənilməsəsi kimi hüquqpozmaları ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR