Bank Of Baku

Elman Rüstəmov: “Azərbaycan Mərkəzi Bankının binasının söküləcəyi barədə məlumatlar yanlışdır”

Elman Rüstəmov: “Azərbaycan Mərkəzi Bankının binasının söküləcəyi barədə məlumatlar yanlışdır”
# 20 yanvar 2011 08:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binası Bakı şəhərinin Heydər Əliyev prospektində tikiləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E. Rüstəmovun sözlərinə görə, AMB-nin yeni binası Dövlət Neft Fondunun yeni binası ilə yaxın yerləşəcək: “1998-ci ildə bina istifadəyə verilərkən AMB-nin 200 işçisi vardı. İndi artıq Mərkəzi Bankın yeni strukturları, Maliyyə Monitorinq Xidməti, İpoteka Fondu və sairə mövcuddur. Ölkənin pul dövriyyəsi 10 dəfədən çox artıb”.

AMB sədri bildirib ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq. AMB-nin hazırkı binasının taleyinə gəlincə, E. Rüstəmov binanın söküləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. E. Rüstəmov bildirib ki, bu binanın tikintisinə o zaman 30 milyon dollar vəsait xərclənib. Bu bina ölkənin müvafiq qurumlarının balansına verilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR