Bank Of Baku

Azərbaycan fond bazarında korporativ qiymətli kazılar seqmentinin payı 2,5 dəfə artıb

Azərbaycan fond bazarında korporativ qiymətli kazılar seqmentinin payı 2,5 dəfə artıb
# 20 yanvar 2011 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın fond bazarında korporativ qiymətli kağızların dövriyyəsi 2009-cu ilə nisbətən 65%-dən çox artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlətğ Komitəsinin sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, dövlət qiymətli kağızlar bazarında müəyyən azalmalara baxmayaraq, ötən il korpotrativ qiymətli kağızlar bazarı 65%-dən çox artıb: «Əsas hədəfimiz korporativ qriymətli kağızlar bazarının artırmasına nail olmaq idi. Ötən il korporativ qiymətli kağızların ümumi fond bazarında payı bir neçə il bundan öncəki 10%-dən 25%-dək artıb».

R. Aslanlı həmçinin bildirib ki, 2010-cu ildə borc alətləri, səhmlər, istiqrazların dövriyyəsində dinamika müşahidə olunub. Belə ki, korporativ istiqrazl bazarı 2 dəfə artıb (həm tərkrar, həm ilkin bazar), səhm bazarı isə daha çox təkrar bazardakı əməliyyətlarla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR