Bank Of Baku

Yaxın aylar ərzində Azərbaycanın fond bazarına yeni alət çıxarılacaq

Yaxın aylar ərzində Azərbaycanın fond bazarına yeni alət çıxarılacaq
# 20 yanvar 2011 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Yaxın aylar ərzində Azərbaycanın kapital bazarına yeni alət çıxarılacaq. Bu barədə «APA-Economics»ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, yeni alət üzrə artıq normativ bazanın hazırlanması tamamlanıb: “Hazırda emitent emissiya prospekti üzərində işləyir və eyni zamanda investorlarla danışıqlar aparılır. Ümüd edirəm ki, üzümüzə gələn aylar ərzində yeni alət bazara çıxarılacaq”.

Qeyd edək ki, yeni alətin biri bütün borc kağızları üzrə repo və əks-repo əməliyyatlarıının aparılmasını nəzərdə tutur.

Hazırda Azərbaycan qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları, korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR