Bank Of Baku

«UniLeasing» şirkəti ötən il lizinq portfelini 22% artırıb

«UniLeasing» şirkəti ötən il lizinq portfelini 22% artırıb
# 21 yanvar 2011 08:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniLeasing» şirkətinin lizinq portfeli 2011-ci il yanvar ayının 1-nə 38,69 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 21,6%, müvafiq illik proqnozla müqayisədə isə 9,4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən il ərzində 564 lizinq müqaviləsi üzrə ölkə iqtisadiyyatına 23,93 mln. manat həcmində investisiya yatırılıb. Hesabat ilində şirkətin mənfəəti 1,6 mln. manat, məcmu kapitalı isə 7,18 mln. manat təşkil edib.

Qeyd edək ki, şirkətin 5 rayon üzrə (Gəncə, Lənkəran, Şəki, Quba və Saatlı) regional portfelinin həcmi 1,91 mln. manat, həmçinin lizinqə verilən obyektlərin dəyəri 2,79 mln. manat olub. Bu dövr ərzində regionlar üzrə lizinq müqavilələrinin sayı isə 96-ya çatıb.

Şirkətin apardığı təhlilin nəticələrinə görə, 2010-cu ildə lizinq müqavilələri üzrə orta müddət 47 ay (minimal lizinq müddəti 12 ay, maksimal - 60 ay) olub.

Xatırladaq ki, təsisçisi «UniBank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahəsi ölkənin Şimal-Qərb, Cənub-Şərq, Şimal, Şimal-Şərq və Mərkəzi regionlarını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR