Ötən il Azərbaycanda əhalinin gəlirləri 13% artıb

Ötən il Azərbaycanda əhalinin gəlirləri 13% artıb
# 21 yanvar 2011 10:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 13,3% artaraq 25,6 mlrd. manata çatıb, onun adambaşına həcmi isə 2 866 manat və ya ayda orta hesabla 238,8 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 70%-i son istehlaka, 8,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 19,8%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 23,4 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 14,2% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR