Bank Of Baku

Ötən il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb

Ötən il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb
# 21 yanvar 2011 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda pərakəndə ticarət və iaşə müəssisələri üzrə əmtəə və xidmətlərin satışı 2009-cu ilin səviyyəsini 9% üstələyərək 13,7 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pərakəndə əmtəə dövriyyəsinin real artımının 74,4%-i hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət və iaşə müəssisələrinin, 25,6%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Pərakəndə ticarət və iaşə şəbəkələrində hər bir ölkə sakini hər ay orta hesabla 127,6 manatlıq və ya 2009-cu ildəkindən 15,9 manat və ya 14,2% çox pul vəsaiti xərcləyib ki, bunun 15,2 manatı (95,6%-i) ticarət müəssisələri üzrə olub.

Pərakəndə əmtəə dövriyyəsinin həcmində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,2% təşkil edib.

Bununla yanaşı, pərakəndə əmtəə dövriyyəsi üzrə ümumi artımın 99,9%-i özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib. Bu müəssisələr üzrə pərakəndə ticarət və iaşə dövriyyəsinin ümumi həcmi 13,6 mlrd. manat və ya 9,1% çox olub.

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 417,8 mln. manatını (3,1%-ni) iaşə müəssisələrinin dövriyyəsi təşkil edib və 2009-cu il ilə müqayisədə 16,3% artıb. Özəl iaşə müəssisələri üzrə dövriyyənin həcmi 17,4% artaraq 407,3 mln. manat olub.

İaşə müəssisələri istisna olmaqla, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13,3 mlrd. manatlıq və ya 8,8% çox əmtəə satılıb.

Ötən il əhaliyə satılmış ərzaq mallarının həcmi 7,5% artaraq 8 796,1 mln. manat, qeyri-ərzaq mallarının həcmi isə 13,8% artaraq 4 883,4 mln. manat olub. Ticarət şəbəkəsində orta hesabla hər ay hər bir ölkə sakini 82 manatlıq ərzaq, 45,6 manatlıq qeyri-ərzaq malları alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR