Bank Of Baku

«Bank of Azerbaijan»nın Gəncədə filialı açılıb

«Bank of Azerbaijan»nın Gəncədə filialı açılıb
# 24 yanvar 2011 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin Gəncə şəhərində filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Gəncə şəhəri, Atatürk prospekti,261 ünvanında yerləşən filial region əhalisinə əmanətlər, müxtəlif növ kreditlər, hesablaşma-kassa və valyuta dəyişmə əməliyyatları, plastik kartlarla əməliyyatlar, təcili pul köçürmələri kimi bütün növ bank məhsulları və xidmətlərindən faydalanmağı təklif edir.
«Bank of Azerbaijan» gələcəkdə də əhalinin sıx yerləşdiyi yerlərdə öz filiallarının açılışını davam etdirəcək. Bu il ərzində bankın Azərbaycanın digər regionlarında 4 yeni filial və 4 yeni şöbəsinin açılması planlaşdırılır.
Qeyd edək ki, bankın uzunmüddətli inkişaf strategiyasında filial şəbəkəsinin genişləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Hazırda bankın ölkə üzrə 16 filialı və 1 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR