Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Polşaya 30 mlrd. dollar kredit ayırıb

Beynəlxalq Valyuta Fondu Polşaya 30 mlrd. dollar kredit ayırıb
# 24 yanvar 2011 09:26 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Polşaya 30 mlrd. dollar kredit ayrılması barədə qərar qəbul edib.

APA-Economics”in xəbərinə görə, fondun yaydığı press-relizdə bildirilir ki, kredit xətti iki il müddətinə ayrılır.

Rəsmi Varşava krediti ehtiyat tədbiri kimi cəlb edir və yalnız zəruri halda istifadə edəcək. BVF rəhbərliyi hesab edir ki, Polşanın iqtisadiyyatı yaxşı vəziyyətdədir, amma bəzi risklər də müşahidə olunur.

Qeyd edək ki, bu, Polşaya ayrılan üçüncü kredit xəttidir. Birinci kredit xətti (20,58 mlrd. dollar) 2009-cu ilin mayında, ikincisi (20,43 mlrd. dollar) isə 2010-cu ilin iyulunda ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR