Bank Of Baku

«TBC Kredit» ötən il kredit portfelini 19% artırıb

«TBC Kredit» ötən il kredit portfelini 19% artırıb
# 24 yanvar 2011 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatının kredit portfelinin həcmi 2011-ci il yanvar ayının 1-nə 19,3 mln. ABŞ dolları təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 19% çoxdur.
Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, portfeldə 54% biznes kreditləri, 28% ipoteka kreditləri, 18% isə istehlak kreditlərinin payına düşüb. Biznes kreditləri portfelinin 20%-ni mikro-biznes kreditləri təşkil edib.
Qeyd edək ki, 2010-cu il ərzində təşkilat 2009-cu ilin noyabrında təsdiq olunmuş 12 mln. dollarlıq uzunmüddətli kredit sazişi çərçivəsində OPIC-dən (Overseas Private Investment Corporation, USA) bir neçə tranşla ümumilikdə 5,5 mln. dollar cəlb edib.
Xatırladaq ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin (2007-ci ilin dekabr ayından) 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a, 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR