Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına daha iki təşkilat üzv olub

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına daha iki təşkilat üzv olub
# 24 yanvar 2011 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) növbəti iclası keçirilib. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda İdarə Heyətinin qərarı ilə iki kredit ittifaqı – «AFS» (Masallı) və «Muxax» (Şəki) kredit ittifaqlarının quruma üzvlüyü təsdiqlənib. Bununla da AKİA-ya üzv olan kredit ittifaqlarının sayı 72-yə çatıb. Yaxın günlərdə Azərbaycanda daha 5 kredit ittifaqı yaradılacaq. Bu ittifaqlardan artıq 3-ü lisenziyanın alınması üçün Azərbaycan Mərkəzi Bankına müraciət edib».

E.Bağırov bildirib ki, iclasda «Kredit ittifaqları haqqında» qanuna ediləcək əlavə və dəyişikliklərlə də bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR