Bank Of Baku

«AtaSığorta» şirkətinin mənfəəti ötən il 28% azalıb

«AtaSığorta» şirkətinin mənfəəti ötən il 28% azalıb
# 24 yanvar 2011 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqlarının həcmi 4,240 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 41% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin ümumi həcmi 48% artaraq 1,070 mln. manat təşkil edib.

Həmçinin, ötən il ərzində şirkətin ümumi gəlirləri 6,062 mln. manat, ümumi xərcləri isə 5,212 mln. manat təşkil edib. Nəticədə, şirkətin balans mənfəəti 2010-cu il ərzində 28,4% azalaraq 0,850 mln. manat olub.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR