Bank Of Baku

«Parabank»ın ötən il keçirdiyi promo aksiyalarda 3 min nəfər iştirak edib

«Parabank»ın ötən il keçirdiyi promo aksiyalarda 3 min nəfər iştirak edib
# 24 yanvar 2011 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Parabank» ASC Yeni il bayramı ilə əlaqədar 2010-cu il dekabr ayının 25-dən başlayaraq 2011-ci il yanvar ayının 5-nə kimi Park Bulvar Ticarət və Əyləncə Mərkəzində, Kukla Teatrında və Heydər Əliyev sarayında promo aksiyalar keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, keçirilən aksiyalarda bankın əməkdaşları gələn qonaqları müxtəlif hədiyyələrlə qarşılayıblar.

«Parabank»ın təşkil etdiyi aksiyaların birinə Rus Dram Teatrın peşəkar aktyorları dəvət olunub. Aktyorlar uşaqlar üçün yeni ilə bağlı tamaşa nümayiş etdiriblər. Onlar uşaqların iştirakı ilə müxtəlif növ maraqlı oyunlar təşkil ediblər.

Keçirilən promo aksiyalarda bankın işçiləri tərəfindən bukletlər, təqvimlər, bayraqlar, şarlar və digər hədiyyələr gələn qonaqlara təqdim olunub.

Qeyd edək ki, ümumilikdə aksiyaların keçirildiyi 7 gün ərzində bu tədbirlərdə 3000 nəfər iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR