Bank Of Baku

«Alfa Sığorta» şirkəti ötən il daxilolmalarını 2,5 dəfə artırıb

«Alfa Sığorta» şirkəti ötən il daxilolmalarını 2,5 dəfə artırıb
# 25 yanvar 2011 08:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin 2010-cu il ərzində topladığı sığorta haqlarının həcmi 2,324 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 2,5 dəfə çoxdur.

Şirkətin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi 10,7% artaraq 287,678 min manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 2,161 mln. manat, icbari sığorta növləri üzrə isə 0,163 mln. manat təşkil edib.

Daxilolmaların strukturunda 0,965 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası», 0,802 mln. manat «Fərdi qəza və xəstəlik sığortası», 0,209 mln. manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 0,157 mln. manat «Yanğından icbari sığorta» növlərinin payına düşüb. Bu növlərin məcmu daxilolmalarda payı müvafiq olaraq 41,5%, 34,5%, 8,98% və 6,7% təşkil edib.

Sığorta ödənişlərində isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (0,156 mln. manat və ya 54,1%), «Kənd təsərrüfatı heyvanlarının sığortası» (0,052 mln. manat və ya 18,2%) və «Fərdi qəza və xəstəlik sığortası» (0,042 mln. manat və ya 14,6%) növləri üzrə ödənilib.

Sədr bildirib ki, ötən il ərzində könülllü sığorta növləri üzrə ödənişlər 0,283 mln. manat, icbari sığorta növləri üzrə isə 0,005 mln. manat təşkil edib.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR