Bank Of Baku

«TBC Kredit» bu il xaricdən iki yeni kredit cəlb edə bilər

«TBC Kredit» bu il xaricdən iki yeni kredit cəlb edə bilər
# 25 yanvar 2011 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı 2011-ci il ərzində kredit portfelini 55,4% artıraraq 30 mln. ABŞ dollarına çatdırmaq niyyətindədir.
«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, bu il üçün prioritet olaraq biznes layihələrinin maliyyələşdirilməsi və ipoteka kreditləşməsinin genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı) və EFSE (Cənub-Şərqi Avropa üçün Avropa Fondu) ilə kredit xətlərinin cəlb edilməsinə dair uzunmüddətli müqavilələrin bağlanması planlaşdırılır.
Xatırladaq ki, «TBC Kredit» bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin (2007-ci ilin dekabr ayından) 75%-i Gürcüstanın aparıcı bankı olan «TBC Bank»a (Gürcüstan), 25%-i isə «ShoreBank International Ltd.» (ABŞ) şirkətinə məxsusdur. Cari il yanvar ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 19,3 mln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR