Bank Of Baku

«Access Bank» ötən il depozit portfelini 86% artırıb

«Access Bank» ötən il depozit portfelini 86% artırıb
# 25 yanvar 2011 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Access Bank» QSC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 460 mln. ABŞ dolları təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəriciləri ilə müqayisədə 23% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 15% artaraq 340 mln. dolları, depozitləri isə 86% artaraq 150 mln. dolları keçib. Ötən il ərzində bank 120 min müştərini maliyyələşdirib və həmin müddət ərzində müştərilərinin sayı 20% artıb. Hesabat ilində bank tərəfindən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan 30 mindən artıq müştəri maliyyələşdirilib.

Qeyd edək ki, bu müddət ərzində bankın nizamnamə kapitalı 2,1 dəfə artaraq 52 mln. dollar təşkil edib. Həmçinin, il ərzində «Access Bank» 5 yeni filial açıb ki, onların 3-ü regionlarda yerləşir.

Xatırladaq ki, «Access Bank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «Access Holding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 28 filialı, 29 bankomatı və 51 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR