Bank Of Baku

Natiq Əmirov: «Azərbaycan Vergi Apellyasiya Şurasında mübahisələrin 90%-i vergi ödəyicilərinin xeyrinə həll olunub»

Natiq Əmirov: «Azərbaycan Vergi Apellyasiya Şurasında mübahisələrin 90%-i vergi ödəyicilərinin xeyrinə həll olunub»
# 25 yanvar 2011 12:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Vergilər Nazirliyinin nəzdində fəaliyyət göstərən Vergi Apellyasiya Şurasının məqsədi heç də məhkəmələri əvəz etmək deyil. Şura yerli vergi orqanlarının qəbul etdiyi qərarların mümkün obyektiv çərçivədə araşdırılması və Vergilər Nazirliyindən məhkəmələrə verilən şikayətlərin minimuma endirmək məqsədi daşıyır».

«APA-Economics»in məlumatına görə, bunu VAŞ-ın sədri, vergilər nazirinin I müavini Natiq Əmirov bildirib: «Yəni, istənilən halda məhkəmələrin qapısı açıqdır, vətəndaş məhkəməyə müraciət etməklə öz problemlərini həll edə bilər».

Nazir müavini bildirib ki, Apellyasiya Şurasında məsələlər bütün tərəflərin və onların vəkillərinin iştirakı ilə araşdırılır: «İşlərə baxılanda Şuranın sədri kimi obyektivliyi qoruyub saxlamağa çalışıram».

Onun sözlərinə görə, indiyədək Şurada baxılan işlərin 90%-ə qədəri vergi ödəyicilərinin xeyrinə başa çatıb: «Bu, vergi ödəyiciləri üçün yaxşı olsa da, bizim üçün düşündürücü faktdır».

N.Əmirov bildirib ki, Apellyasiya Şurasında müzakirələrdən sonra vergi əməkdaşlarının yol verdiyi nöqsanlar müvafiq strukturlar tərəfindən araşdırılır və bununla bağlı tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR