Bank Of Baku

«Joint Leasing» şirkəti ötən il mənfəətini 17% artırıb

«Joint Leasing» şirkəti ötən il mənfəətini 17% artırıb
# 25 yanvar 2011 13:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci il yanvar ayının 1-nə 28,810 mln. manat təşkil edib ki, bu da 2010-cu il əvvəlinə nisbətən 0,73% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin məcmu kapitalı 58,5% ataraq 3,437 mln. manata, xalis mənfəəti isə 16,6% artaraq 1,632 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində şirkətin ümumi lizinq müqavilələrinin sayı 3,93% artaraq 185-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 32,3% artaraq 3,231 mln. manata çatıb.

Ötən il ərzində müştərilərlə 36 lizinq müqaviləsi bağlanılıb ki, bunlar tikinti, nəqliyyat, yeyinti və yüngül sənaye, ticarət və xidmət sahələrini əhatə edir.

Qeyd edək ki, Azərbaycanın aparıcı lizinq şirkətlərindən olan «Joint Leasing» 2007-ci il iyundan «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» birgə müəssisəsi 1999-cu ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR